Xankəndi şəhərində naməlum şəxslər Rusiya-Azərbaycan birgə patrul dəstəsini atəşə tutublar.
Bu barədə TASS Rusiya Federasiyasının Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
“Atəşkəs rejiminin pozulması ilə bağlı 1 fakt qeydə alınıb, Xankəndi şəhərində naməlum şəxs Rusiya-Azərbaycan birgə patrul mövqeləri istiqamətində snayper silahından atəş açıb”, – deyə idarədən bildirilib.
Rusiya Federasiyası Müdafiə Nazirliyi də atışma nəticəsində xəsarət alan olmadığını bildirib. Hazırda Rusiya sülhməramlıları Azərbaycan nümayəndələri ilə birgə insidentlə bağlı araşdırma aparır.
Xankəndidə Rusiya-Azərbaycan birgə patrul dəstəsi snayper atəşinə tutuldu
