Uncategorized

ABŞ-nin ən varlı vətəndaşı oldu

“Forbes” jurnalı ABŞ-ın 400 ən varlı vətəndaşının siyahısını açıqlayıb.”Unikal” xəbər verir ki, siyahıya “SpaceX” və “Tesla”nın sahibi İlon Mask başçılıq edir. Onun sərvəti 251 milyard dollar dəyərində qiymətləndirilib. Sonrakı yerlərdə “Amazon”un rəhbəri Ceff Bezos (161 milyard dollar), “Oracle” korporasiyasının yaradıcılarından olan Larri Ellison (158 milyard dollar) qərarlaşıb. “Microsoft”un rəhbəri Bil Geyts 6-cı (111 milyard dollar), “Meta” şirkətinin rəhbəri Mark Zukerberq 8-ci (106 milyard dollar) sıradadır.

ABŞ-nin ən varlı vətəndaşları siyahısında yer alan texnologiya maqnatları 2022-ci ilin payızından bəri, əsasən, süni intellektə yatırdıqları investisiya sayəsində, ümumilikdə 300 milyard dollar xalis sərvət qazanıblar. Belə ki, keçən il texnologiya sahəsində 65 nəfər sərvət qazanmışdısa, bu il bu rəqəm 69-dur. Onların dörddə üçündən çoxu 2022-ci ildəkindən daha zəngindir.

0
0

Həmçinin baxa bilərsiniz

Uncategorized

Qazax sakinləri “Azəriqaz”a müraciət etdi – FOTOLAR

  • 25 Aprel 2023 - 21:32
SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Qazax rayonunda təşkil edilib. Aksiyaya ümumilikdə 20-yə yaxın sakin qatılıb ki, bunlardan da 16
Uncategorized

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən Tərtər RİH-də əməliyyat: Saxlanılanın kimliyi bilindi – YENİLƏNİB

  • 01 Avqust 2023 - 10:33
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Tərtər Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan şəxsin kimliyi bilinib. “Report”