Dünya

Berluskoninin sevgilisi 100 milyon avroluq mirasla yoxa çıxıb

İyul ayında dünyasını dəyişən İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin sevgilisi, deputat Marta Faskinanın yoxa çıxması ölkə siyasətində mübahisə yaradıb.
Xarici KİV xəbər verir ki,  86 yaşında leykemiya xəstəliyindən vəfat edən “Forza Italia” partiyasının lideri Berluskoni 100 milyon avro dəyərində mirasını həmin partiyadan deputat olan 33 yaşlı sevgilisi Faskinaya qoyub.
İtaliyalı deputat o vaxtdan bəri parlamentin iclaslarına qatılmayıb və demək olar ki, ictimaiyyət qarşısına çıxmayıb.
Berluskoninin ölümündən sonra “Forza Italia”da mühüm rol oynayacağı gözlənilən Faskina itkin düşərək partiyada böhran yaradıb. Milanda evinə qapanaraq yas tutduğunu deyən və qatılmadığı partiya toplantılarına “Ağrım hələ böyükdür” mesajı göndərən Faskina siyasi tapşırıqlarını yerinə yetirmədiyi üçün partiyasında böyük reaksiyaya səbəb olub. “Forza Italia” rəhbərliyi 4 aydır itkin düşən Fascinanı parlamentdəki kürsüsündən istefa verməyə çağırıb.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin