Cəlilabad rayonunda bazarda ölüm hadisəsi baş verib.”Unikal” “Report”a istinadən xəbər verir ki, hadisə Cəlilabad şəhərindəki Mərkəzi bazarda qeydə alınıb.
Belə ki, rayon sakini, 1951-ci il təvəllüdlü Tomarxan Əhədov ərzaq alan zaman halı qəfil pisləşib. Daha sonra dünyasını dəyişdiyi məlum olub.Ölümün səbəbini müəyyən etmək üçün mərhumun meyiti rayon morquna təhvil verilib.Faktla bağlı araşdırma aparılır.