Dünya

Əliyar Ağayev Avroliqanın qrup oyununda

Azərbaycanın FIFA referiləri Əliyar Ağayev və Elçin Məsiyev beynəlxalq oyunlara təyinat alıblar.
Ə. Ağayev UEFA Avropa Liqasının qrup mərhələsində oktyabrın 5-də Polşada “Rakuv” və Avstriyanın “Şturm Qrats” komandaları arasında keçiriləcək qarşılaşmanın baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Oyunun VAR hakimləri niderlandlı Yeron Manşot və Sergey Ervin Blankdır.
E. Məsiyev isə Konfrans Liqasının qrup mərhələsində oktyabrın 5-də Farer adalarında “Klaksvik” və Fransanın “Lill” klubu arasında oynanılacaq görüşü idarə edəcək. Onun köməkçiləri Elşad Abdullayev və Pərvin Talıbov, dördüncü hakim isə Fərid Hacıyev olacaq. VAR sisteminə isə türkiyəli Mete Kalkavan və Erkan Engin nəzarət edəcəklər.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin