Hadisə

Şirvanda əməliyyat: 56 nəfər tutuldu

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən cari ilin avqust-sentyabr ayları ərzində şəhər ərazisində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan, dələduzluq, oğurluq, soyğunçuluq, qanunsuz olaraq odlu silah saxlama, qəsdən sağlamlığa zərər vurma, xuliqanlıq və digər cinayətlər törədən ümumilikdə 56 nəfər saxlanılıb.
DİN-dən verilən məlumata görə, həmin şəxslərdən 32-si narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polisin keçirdiyi əməliyyatlar nəticəsində tutulub. Qanunsuz dövriyyədən 5 kiloqrama yaxın heroin, metamfetamin və marixuana çıxarılıb.
Həmçinin, qeyd edilən dövr ərzində Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən və zərərçəkənlərin pullarını ələ keçirən 8, evlərdən və avtomobillərdən oğurluqlar edən 2,  vətəndaşlara qarşı soyğunçuluq edən 1, qanunsuz olaraq odlu silah saxlayan 2, qəsdən sağlamlığa zərər vuran 1,  xuliqanlıq edən 8 və başqa cinayət əməlləri törədən 2 nəfər şəxs də saxlanılaraq istintaqa təqdim olunub.
Aşkar edilən bütün faktlarla əlaqədar Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.