Türkiyə təhlükəsizlik qüvvələri genişmiqyaslı əməliyyat çərçivəsində 900-dən çox adamı terrorla əlaqədə şübhəli bilinərək saxlayıb.”Unikal” xəbər verir ki, bu barədə Daxili işlər naziri Əli Erlikaya bəyan edib.
“64 əyalətdə keçirilən “Qəhrəmanlar” əməliyyatı çərçivəsində 928 nəfər saxlanılıb, 744 dövlət qeydiyyatı olmayan silah müsadirə edilib”, – nazir açıqlamasında bildirib.Yerli KİV-in məlumatına görə, son 24 saat ərzində isə 110-dan çox şəxs məsuliyyətə cəlb olunub.