Dünya

“Artsax”ın “müdafiə naziri” olmuş erməni general həbs edildi

Özünü buraxmış separatçı rejimin “müdafiə naziri”, general-mayor ali hərbi-rütbəsinə malik Kamo Vardanyan “Laçın” sərhəd-keçid məntəqəsində həbs edilib. 
Bu iddia ilə “Hraparak” nəşri məlumat yayıb.
Qəzet yazır ki, “müdafiə naziri” ötən gün separatçı “liderlər”lə birlikdə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun ötən gecə Bakıya gətirildiyi bildirilir.
Xatırladaq ki, K.Vardanyan 2021-ci ildə İkinci Qarabağ müharibəsindən sonra 44 günlük savaşın araşdırılması istiqamətində həbs olunan sabiq separaçtı “müdafiə naziri” Cəlal Arutyunyanın yerinə təyin olunmuşdu. Bu “vəzifə”yə qədər K.Vardanyan 2012-ci ildən qondarma “DQR” “madafiə ordusu”nun “baş qərargah” rəisi “post”unu tutmuşdu. 

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin