“Ukrayna ordusunun əks-hücum üçün kifayət qədər silah və hava hücumundan müdafiə sistemləri yoxdur”.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Əks-hücumumuz davam edir, düşməni dəf etmək üçün addım-addım mümkün olan hər şeyi edirik. Problem minalanmış sahələrdir, kifayət qədər mərmi və hava hücumundan müdafiə sistemləri yoxdur. Hava hücumundan müdafiə vasitələri həm əhalinin müdafiəsi, həm də əks-hücum üçün son dərəcə vacib elementdir” – Zelenski Sky TG24-ün efirində deyib.
Onun sözlərinə görə, hərbçilər və əhali üçün çətinliklərin başladığı qışda döyüş meydanında aktivliyi itirməmək son dərəcə vacibdir.
“Əks-hücumumuz davam edir, amma…” – Zelenski
