Hadisə

Gənc qız sevgilisinə görə anasını öldürüb intihar etdi

Türkiyədə gənc qız anasını öldürərək intihar edib.
Yerli media bildirir ki, hadisə Ankara şəhəri Keçiören qəsəbəsində baş verib. 25 yaşlı Dilarə Alagöz evdə mübahisə zamanı bıçaqla 55 yaşlı anası Ayşe Alagözün boynuna xəsarət yetirərək onu öldürüb. Daha sonra o, tikintisi davam edən binaya gedərək, 10-cu mərtəbədən özünü atıb.
Gənc qız aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qızın atasının və nənəsinin iddialarına görə, anası Dilarə Alagözə sevgilisi ilə görüşməyə icazə verməyib və telefonunu əlindən alıb. Mübahisə də bu səbəbdən başlayıb. Gənc qızın həmçinin narkotik aludəçisi olduğu da bildirilir.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.