Dünya

Kanadada silahlı şəxslərin qaçırdığı iranlı qadın kimdir?

Kanadada yaşayan Elnaz Hactəmirinin oğurlanmasından 3 ay keçib və Kanada polisinin onu tapmaq üçün apardığı geniş araşdırmalar bir nəticə verməyib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.   
Məlumata görə, İran vətəndaşını oğurlayanlar polis geyimində üç qaradərili şəxs olub. Ontario polisi və oğurlanan qadının anası Kanadada yaşayan iranlılardan kömək istəyib.
“The Guardian” qəzeti yazıb ki, 2022-ci il yanvarın 12-də soyuq qış gecəsində polis geyimində olan 3 silahlı şəxs 37 yaşlı iranlı qadını Torontonun şimalında yerləşən qohumunun evində döyüb. Daha sonra onu həbs etmək üçün əllərində məhkəmə qərarı olduğunu iddia ediblər.
Daha sonra onlar Elnazı ayaqyalın qarın üzərində sürüyərək “Lexus RX 350” markalı avtomobilə mindirərək özləri ilə aparıblar. O gecədən sonra da Elnazdan heç bir xəbər yoxdur.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin