Dünya

Keçmiş sevgilisi İlon Maskı məhkəməyə verdi – SƏBƏB

İlon Maskın keçmiş sevgilisi müğənni Qrayms onu məhkəməyə verib. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, sentyabrın 29-da müğənni Qrayms qəyyumluqla bağlı məhkəməyə müraciət edib. 

“Tesla” həmtəsisçisi Qraymsın müraciətinə cavab verməyib. O, uşaq dəstəyi və ya qəyyumluq hüququ da tələb etməyib.

Qeyd edək ki, İlon Mask və Qrayms 2018-ci ildə görüşməyə başlayıblar. Sahibkar və müğənni ilk dəfə 2018-ci ildə “Met Gala”da birlikdə görünüblər. Onlar 2021-ci ildə ayrılıb. Cütlüyün birlikdə iki övladı var. Ancaq sentyabrın 10-da İlon Maskın Qraymsdan gizli övladı olduğu məlum olub. Uşağın adının Techno Mechanius olduğu və onun Tau ləqəbini daşıdığı təsdiqlənib. Uşağın yaşı açıqlanmayıb.

Sentyabr ayının əvvəlində müğənni “X” sosial şəbəkəsində (keçmiş Twitter) İlon Maskın oğlunu görməyə icazə vermədiyi ilə bağlı “tweet” atıb. 


 

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin