Moskvanın Basmannı rayonu üzrə polis müstəntiqi dələduzluqda şübhəli bilinərək saxlanılıb.
Rusiya KİV bildirir ki, cinayət yayda analoji ittihamlarla saxlanılan həmin Daxili İşlər İdarəsinin keçmiş rəisinin maxinasiyası ilə bağlıdır.
Məlumata görə, 2022-ci ilin dekabrından 2023-cü ilin fevralına qədər baş müstəntiq birjada açılmış depozit hesabına həbs qoyulması üçün Basmannı məhkəməsinin saxta qətnaməsini hazırlayıb.
Bunun sayəsində müstəntiq və onun əlaltılarının aldığı hesabdan 1 milyon rubl çıxarılıb. İstintaq davam edir.
Polis rəisindən sonra müstəntiq də saxlanıldı
