Dünya

Türkiyənin sabiq xarici işlər naziri İlham Əliyevə məktub göndərdi

2002-2003-cü illərdə Türkiyənin xarici işlər naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Yaşar Yakış Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
“Hörmətli cənab Prezident!
Qarabağda həyata keçirilən antiterror tədbirlərindən sonra təslim olmaq məcburiyyətində qalan qanunsuz separatçı rejim tarix səhnəsindən silindi. Başa çatmış Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində yaşanan ağrı-acılar artıq tam sona yetir. Qarabağda qalmağa razı olan ermənilər rifah dövləti Azərbaycanın vətəndaşları olmağın bütün üstünlüklərindən faydalanacaqlar. Başda erməni diasporu olmaqla radikal ermənilər isə bundan sonra ancaq özlərinə ziyan vuracaqlar.
Cənab Prezident, Qarabağda uzun müddət davam etmiş problemin həlli münasibətilə başda Siz olmaqla bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm. Azərbaycanın bütün ərazilərində, o cümlədən Qarabağda sülhün və sabitliyin davamlı olmasını arzulayıram.
Sizə cansağlığı diləyir, səmimi ehtiramımı ifadə edirəm”.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin