Hadisə

Azərbaycanda DƏHŞƏT: ərindən işgəncə görən qadın uşaqları ilə evdən qaçdı

Kürdəmirdə qadın əri tərəfindən fiziki zorakılığa məruz qalıb.
Zərərçəkmiş V. H. həyat yoldaşının onu mütəmadi döyməsi ilə bağlı polisə müraciət edib.
O, müraciətində dəfələrlə döyüldüyünü, şiddətə məruz qaldığını dilə gətirib. Nəticədə qadın həyat yoldaşından gördüyü işgəncələrə artıq tab gətirməyərək hüquqi yola əl atıb. O, azyaşlı övladları ilə birgə evdən qaçıb. Polisə sığınan qadın sığınacağa yerləşdirilməsini istəyib.
Polis dərhal məsələ ilə bağlı araşdırmaya başlayıb və həmin ailə xüsusi nəzarətə götürülüb.
Ana və 3 övladı sığınacağa yerləşdirilib.
Anaya şiddət göstərən kişi ilə bağlı isə araşdırmalara başlanıb.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.