Dünya

Papikyan ruspərəstlərin cərgəsinə keçib – İddia

Ermənistanən müdafiə naziri Suren Papikyan dəfələrlə ərizə yazıb işdən çıxmaq istəsə də, Baş nazir Nikol Paşinyan onun istefasını qəbul etməyib.
“Hraparak” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindəki mənbə danışıb.
Nəşrin məlumatına görə, Rusiya ilə ən çox təmasda olan məmurlardan biri olan Suren Papikyan Paşinyanın anti-Rusiya siyasətinə görə ruspərəst şəxslərin fiqurlarının təzyiqinə məruz qalıb:
“Artıq hakim “Vətəndaş müqaviləsi” Partiyasının siyasi kuluarlarında Baş nazir Nikol Paşinyanın siyasətindən, xüsusən də anti-Rusiya hərəkətlərindən narazı olan və bunun təhlükəli nəticələri ola biləcəyinə inanan adamların sayı çoxalır. Papikyan həmin şəxslərin cərgəsinə qoşulub”, – deyə mənbə iddia edib.
Xatırladaq ki, erməni nazirin MDB ölkələri müdafiə nazirlərinin görüşünə getməkdən imtina etməsi Paşinyanın verdiyi göstərişdir.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin