Hadisə

11 yaşlı uşaq iki nəfəri güllələdi

ABŞ-ın Florida ştatında amerikan futbolu məşqindən sonra uşaqlar arasında mübahisə yaranıb.
Xarici KİV xəbər verir ki, Apopka bölgəsində baş verən hadisədə 11 yaşlı uşaq anasının avtomobilindən götürdüyü silahla mübahisə etdiyi 13 yaşlı iki uşağı güllələyib.
Hadisə zamanı xəsarət alan uşaqlara xəstəxanada tibbi yardım göstərilib. 
Apopka polis rəisi Mayk MakKinli bildirib ki, 11 yaşlı şübhəli adam öldürməyə cəhd ittihamı ilə nəzarətə götürülüb. Hadisədə istifadə edilən silahın qanuni olaraq şübhəlinin anasına qeydiyyata alındığı təsdiqlənsə də, silahı uşağın əli çatmayan yerdə saxladığı üçün anadan pul tələb oluna biləcəyi ifadə edilib.  
Digər tərəfdən, Florida məhkəməsi 11 yaşlı şübhəlinin daha 3 həftə həbsdə saxlanmasına qərar verib.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.