Göyçayda avtomobil qadını vurub.
Lent.az xəbər verir ki, hadisə şəhər ərazisində baş verib. İlqar Həsənov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə şəhər sakini 67 yaşlı Ceyran Haqverdiyevanı vurub.
Xəstəxanaya yerləşdirilən qadına sol bud sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.