“Şeirində bir dosta ağlama deyirsən. Sanki bizi o vaxtdan hazırlayırdın bugünkü sənsizliyinə? Ağlama deyirsən… Axı necə ağlamayaq? Bizi sənsiz qoyub getdin, Qənirəm. Arxanda sellər kimi göz yaşı qoyub getdin. Bir yığın suallar qoyub, səssiz-sədasız getdin”.
Bunu Əməkdar incəsənət xadimi, aktrisa Məlahət Abbasova məhrum millət vəkili Qənirə Paşayeva ilə bağlı “Instagram” hesabında deyib.
“Şeirlərinə, müsahibələrinə indi qulaq asanda, əslində sən yavaş-yavaş hamımızla vidalaşırmışsan, Qənirəm. Biz bunu başa düşəməmişdik, bağışla… “Məlahətli qonaqlar” verilişimdə Haluk Leventlə səmimi söhbətin hələ də gözümün önündədir. Məkanın cənnət olsun, bacım. Getdiyin yerdə hüzurla yat”, – deyə M.Abbasova qeyd edib.
Məlahət Abbasova mərhum deputata dair paylaşım etdi: “Qənirəm”
