Dünya

Metroya hücum edən şəxs 10 dəfə ömürlük həbs cəzasına məhkum edildi

Ötən ilin aprelində ABŞ-ın Nyu-York şəhərindəki Bruklin metro stansiyasında silahlı hücum təşkil edən 64 yaşlı Frenk Ceyms məhkəmə tərəfindən 10 dəfə ömürlük və 10 il həbs cəzasına məhkum edilib.    
 
Xarici media xəbər verir ki, 2022-ci il aprelin 12-də 23 nəfərin yaralanması ilə nəticələnən silahlı hücumdan saatlar sonra polis tərəfindən yaxalanan Ceyms məhkəmədə terror da daxil olmaqla bütün ittihamları etiraf edib.
Stansiyadakı çaxnaşma zamanı texniki işçi qiyafəsində stansiyadan qaçan Ceyms 30 saatlıq axtarışdan sonra 13 aprel 2022-ci ildə Manhettenin Şərq kəndində polis tərəfindən yaxalanıb.
Hücumda 23 nəfərdən 10-u güllələnərək yaralanıb, lakin heç kim həyatını itirməyib.
Nyu York Polis Departamentinin məlumatına görə Ceyms əvvəllər Nyu Yorkda 9, Nyu Cersidə isə 3 dəfə saxlanılıb.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin