Hadisə

Naxçıvanda ağır yol qəzası – Ata öldü, ana və uşaqları yaralıdır (FOTO)

Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Unikal” xəbər verir ki, 75-BH-431 nömrəli avtomobillə 71-BB-012 nömrəli avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb, 1 nəfər isə ölüb.

İlkin məlumata görə, xəsarət alan ana və iki övladı – 1988-ci il təvəllüdlü Tarverdiyeva Münəvvər Məhərrəm qızı, 2013-cü il təvəllüdlü Süleymanov Abbas Azər oğlu və 2023-cü il təvəllüdlü Süleymanova Alisa Azər qızı müxtəlif bədən xəsarətləri alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdiriliblər. Ana və qızının vəziyyəti orta-ağır, oğlanın isə vəziyyəti ağırdır.

Ata – 1988-ci il təvəllüdlü Naxçıvan şəhər sakini Süleymanov Azər Abbas oğlu xəstəxanaya gətirilərkən yolda vəfat edib.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.