Hadisə

Qaxda avtomobillərdən oğurluq edənlər saxlanıldı – FOTOLAR

Sentyabr ayı ərzində Qax şəhərində ayrı-ayrı şəxslərə məxsus avtomobillərdən silsilə oğurluqlar edilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundanverilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən rayonun Qaxbaş kənd sakini – Aqşin Səfərli və onunla əlbir olan yetkinlik yaşına çatmayan şəxs tutularaq istintaqa təqdim ediliblər.
Araşdırma zamanı onların gecə saatlarında avtomobillərə daxil olaraq əsasən maqnitofon və səsgücləndiriciləri oğurladıqları məlum olub. Qeyd edək ki, saxlanılan şəxslər oğurluğa A.Səfərliyə məxsus “VAZ-21015” markalı nəqliyyat vasitəsi ilə gediblər. Saxlanılan zaman həmin avtomobilin yük yerindən oğurluq yolla əldə etdikləri əşyaların bir qismi maddi sübut kimi aşkar olunaraq götürülüb. Hər iki şəxs ifadəsində törətdikləri cinayəti etiraf ediblər.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

  • Qaxda avtomobillərdən oğurluq edənlər saxlanıldı - FOTOLAR
  • Qaxda avtomobillərdən oğurluq edənlər saxlanıldı - FOTOLAR
0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.