Cəmiyyət

Şəhid atası: “Vətən sağ olsun!”

“Elşad Vətən müharibəsi başlayanda xəbərimiz olmadan könüllü olaraq müraciət edib. Sentyabrın 29-da artıq Füzuli rayonunda idi. Sentyabrın 30-da əlaqə saxlayıb dedi ki, Füzuli istiqamətində döyüşlərə başlayacağıq. Mən də bir ata kimi xeyir-dua verdim. Oktyabrın 8-də sonuncu dəfə danışdıq. Ondan sonra Elşaddan səs gəlmədi. Oktyabrın 15-də isə şəhidlik xəbərini aldım”.

AZƏRTAC xəbər verir ki, bunu Vətən müharibəsi şəhidi Elşad Zeynallının atası Elman Zeynallı deyib.

E.Zeynallı fikirlərinə belə davam edib: “Elşad evin tək oğlu idi. Anası da bir neçə il əvvəl vəfat etmişdi. Mən də bütün meylimi ona salmışdım. Oğlum Vətən yolunda şəhid oldu. Vətən sağ olsun!”.

Şəhidimizin ailəsinə “YAŞAT” Fondu tərəfindən dəstək göstərilib. E.Zeynallı diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.

Qeyd edək ki, Vətən müharibəsi şəhidi Elşad Zeynallı 1996-cı il oktyabrın 22-də Lənkəran şəhərində anadan olub. Vətən müharibəsində Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən uğrunda” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Xatırladaq ki, Fondun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər