Hadisə

Ucarda naməlum şəraitdə ölən şəxslə bağlı araşdırmalara başlanıldı – YENİLƏNİB

Ucar sakini naməlum şəraitdə ölüb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirib ki, oktyabrın 5-də gecə saat 23 radələrində Ucar şəhər sakini, 1973-cü il təvəllüdlü Ə.Məmmədovun yaşadığı evin qarşısında vəfat etməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə cəlb olunublar.
İlkin xarici müayinə zamanı mərhumun üzərində heç bir xəsarət izi aşkarlanmayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Ucar sakini naməlum şəraitdə ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında rayonun Heydər Əliyev prospektində baş verib. Təxminən 45-50 yaşlarında olan Əhliman adlı şəxsin avtomobil yolunun kənarında meyiti tapılıb. Mərhumun hansı səbəbdən və hansı şəraitdə öldüyü məlum deyil.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.