Dünya

Azərbaycan ötən 9 ayda Rusiyaya ən çox meyvə-tərəvəz ixrac edən ölkə olub

“Azərbaycan ötən 9 ay ərzində Rusiyaya ən çox meyvə-tərəvəz ixrac edən ölkədir. Sevindirici haldır ki, bu il Azərbaycandan məhsul ixracı 7 faiz, o cümlədən giləmeyvələrin ixracı təxminən 27 faiz, tumlu və çəyirdəkli meyvələrin ixracı isə təxminən 50 faizə qədər artıb”.

Bunu Moskvada səfərdə olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli AZƏRTAC-a müsahibəsində deyib.

“Bu il ötən illərlə müqayisədə Azərbaycandan ixrac olunan məhsullarda aşkarlanan zərərvericilərin sayı isə azalıb, məhsullarımızın sağlamlıq göstəriciləri beynəlxalq standartlara tam uyğun gəlir. Həmkarlarımız bunu Azərbaycanda meyvə və tərəvəz istehsalına dövlət nəzarətinin artması ilə əlaqələndirirlər. Biz “Rosselxoznadzor”un ekspertləri ilə belə qərara gəldik ki, bir sıra məhsulların ixracı zamanı heç bir laborator müayinə həyata keçirilməyəcək. Belə məhsulların siyahısı rusiyalı həmkarlarımızla birgə tərtib ediləndən sonra təsdiqlənəcək və biz bu barədə sahibkarlara məlumat verəcəyik”, – deyə AQTA sədri bildirib.

Onun sözlərinə görə, əvvəllər ixrac zamanı bir sıra məhsulların, məsələn, tumlu və çəyirdəkli meyvələrin hər partiyası xüsusi bitki xəstəliklərinə görə yoxlanılırdı:

“Bu gün apardığımız danışıqlar nəticəsində bir sıra kənd təsərrüfatı məhsulları laborator müayinələrə cəlb edilmədən AQTA-nın zəmanət məktubu əsasında bu ölkəyə ixrac olunacaq. Bu isə Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı prosesini daha da sadələşdirəcək. Beləliklə, əldə olunan nəticə Azərbaycanın məhsul ixracı potensialının artırılmasına və Rusiyaya kənd təsərrüfatı məhsulları ixrac edən şirkətlərin işinin asanlaşmasına gətirib çıxaracaq. Biz, həmçinin tez xarab olan bitkiçilik məhsullarının ixracının sadələşdirilmiş qaydada həyata keçirilməsi barədə həmkarlarımızla razılığa gəlmişik”.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin