Dünya

Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə sabahkı uçuşlar ləğv olundu

İsraildə baş verən son hadisələrlə əlaqədar olaraq “Azərbaycan Hava Yolları” aviaşirkəti bazar günü, oktyabrın 8-nə planlaşdırılan Təl-Əvivin Ben Qurion hava limanına və oradan geri istiqamətində bütün reyslərini ləğv edir.

Axşam.az xəbər verir ki, bu barədə“Azərbaycan Hava Yolları” QSC məlumat yayıb.

Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə uçuşların həyata keçirilməsi ilə bağlı əlavə məlumat veriləcək.

Təl-Əvivə bileti alan sərnişinlər pulun tam geri qaytarılması və ya pulsuz bilet dəyişdirilməsi hüququna malikdirlər.

Dəyişikliklər barədə məlumat almaq üçün sərnişinlərə aviaşirkətin [email protected] elektron ünvanına müraciət etmələri tövsiyə olunur.

Aviaşirkət hazırda Təl-Əvivə aviabiletlərin satışını növbəti xəbərdarlığa qədər dayandırıb.

Qeyd edək ki, aviaşirkətin prioriteti uçuşların və sərnişinlərin təhlükəsizliyidir.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin