Müğənni Lətifə Soyuöz bu dəfə bahalı eynəyini nümayiş etdirib.
Axşam.az xəbər verir ki, sənətçi qara eynəklə güzgü önünə keçib və video çəkib. Lətifə bildirib ki, sözügedən aksessuar özəl kolleksiyadır.
“Çox özəl bir markadır. İngiltərədə kral ailəsi üçün buraxılır. Bir də mənim üçün” deyə, Lətifə bildirib.
Qeyd edək ki, “Cutler and Gross” markasına məxsus eynəkləri 200, 300, 500 avro və daha yüksək qiymətə satılır.

