Cəmiyyət

DİN: “Abşeronda qadına bıçaqla zorakılıq edən şəxs saxlanılıb” – YENİLƏNİB

Sosial şəbəkələrdə Xırdalan şəhərində qadının bir şəxs tərəfindən hədələnməsini əks etdirən görüntülər yayılıb.

DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-a bildirib ki, görüntülərdən məlumatlıyıq. Həmin şəxs ərazidə xidmət aparan Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq müvafiq polis orqanına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

16:32

Abşeronda kişi küçədə qadına qarşı zorakılıq edib.

Oxu.Az xəbər verir ki, hadisə rayonun Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, özünü qadının əri kimi qələmə verən şəxs bıçaqla onu hədələyərək ayaqyalın evdən çıxarıb.

Hadisəyə şahidlik edənlər həmin şəxsin narkotik vasitənin təsirində olduğunu iddia edirlər.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin (DİN) Qaynar Xəttinə müraciət olunub.

Dərhal sonra hadisə yerinə polis əməkdaşları cəlb olunaraq sözügedən şəxs barəsində müvafiq tədbirləri görüblər.

Faktla bağlı araşdırma aparılır. 

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər