Dünya

Ərdoğan: Ankaranın prioritetlərindən biri regionda münaqişələrə son qoyulmasıdır

Türkiyənin xarici siyasətində prioritetlərindən biri regiondakı münaqişələrə son qoyulmasıdır.

AZƏRTAC TRT Haber telekanalına istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasının Ankarada keçirilən qurultayında deyib.

“Mərkəzi Asiyadan Qafqaza, Balkan ölkələrindən Qara dənizə qədər regionda qan tökülməsinin dayandırılması bizim üçün prioritet məsələdir”, – deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

Ədalət və İnkişaf Partiyasının qurultayında partiyanın funksionerləri və fəalları iştirak edib. Qurultayın keçirildiyi idman arenasının zalına və binanın ətrafına ümumilikdə paytaxtın 100 minə yaxın sakini toplaşıb. Tədbirə, həmçinin 127 ölkənin səfirləri və 27 ölkənin siyasi partiyalarının nümayəndələri dəvət olunub.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin