HƏMAS-ın İsrailə hücumu nəticəsində ölən və yaralıların sayı artıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib. Qeyd olunub ki, HƏMAS-ın İsrailin cənubunda və mərkəzində davam edən hücumunda indiyədək 908 yaralı müalicə olunmaq üçün xəstəxanalara aparılıb.
Ən azı 100 nəfər isə ölüb.
HƏMAS-ın İsrailə hücumundan sonra ən azı 40 nəfər ölüb, 740 nəfər yaralanıb.
Bu barədə yerli səhiyyə orqanı açıqlamasında bildirib.
Ölənlərin sayının artacağı gözlənilir.
Qəzza zolağı yenidən İsrailə raket zərbələri endirib.
Bu barədə “TASS“ məlumat yayıb. Bildirilir ki, Qəzza zolağından 2 mindən çox raket atılıb.
İsrail ordusu fələstinli silahlıların ölkəyə sızdığını bildirib.
HƏMAS-ın İsraildə keçirdiyi əməliyyatlara “Əl Əqsa tufanı” adı verdiyi deyilir.
Qeyd edək ki, “The Times of Israel”in məlumatına əsasən, İsrailə edilən raket hücumları nəticəsində azı 22 nəfər ölüb, 545 insan yaralanıb.