Dünya

HƏMAS İsrailə hücum etdi – 22 ölü, 545 yaralı (YENİLƏNİR)

HƏMAS-ın İsrailə hücumu nəticəsində yaralananlardan 545 nəfəri xəstəxanaya yerləşdirilib.
Bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.
İsrailə raket zərbələri nəticəsində azı 22 nəfər ölüb, 300-dən çox insan yaralanıb.
Bu barədə “The Times of Israel” məlumat yayıb.
Ən azı 20 nəfər ağır və ya kritik xəsarətlər alıb. İsrail hakimiyyəti ölkə ərazisinə iki mindən çox raket atıldığını bildirib.

HƏMAS-ın İsrailə hücumu nəticəsində Sderot qəsəbəsində 6 nəfər ölüb, 100-dən çox insan yaralanıb.
HƏMAS təşkilatı Qəzza zolağındakı İsrailin cənubuna və mərkəzinə kütləvi raket zərbələri endirir.

İsrail ordusu Qəzza zolağındakı hədəflərə zərbələr endirməyə başlayıb.
Bu barədə İsrail Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Həmçinin, Qəzzadakı yaraqlılar İsrailə girməyə cəhd ediblər. Onların qarşısı İsrail ordusu tərəfindən alınıb. 

İsrailin cənubundakı şəhərlərə raket hücumu olub.
Bu  barədə İsrail Dövlət Radiosu məlumat yayıb.
Bildirilir ki, İsrail tərəfi Qüdsə 5 raket atıb.
“Sderotda və digər 4-5 yaşayış məntəqəsində HƏMAS yaraqlıları ilə İsrail təhlükəsizlik qüvvələri arasında bir saatdan artıqdır ki, döyüşlər gedir. İsrailin müdafiə naziri ehtiyatda olan hərbçilərin səfərbər edilməsi haqqında fərman imzalayıb. HƏMAS yaraqlıları Sderotda İsrail polis məntəqəsini ələ keçirib”, – məlumatda qeyd olunub. 

Qəzza zolağından olan fələstinli radikallar səhər saatlarında İsrail ərazisinə raket zərbələri endiriblər.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. 
“Son yarım saat ərzində Qəzza zolağından İsrail ərazisinə raketlər atılıb. İsrailin cənub və mərkəzi sakinlərinə mühafizə olunan ərazilərdə qalmaları və Daxili Cəbhə Komandanlığının göstərişlərinə əməl etmələri şiddətlə tövsiyə olunur”, – məlumatda deyilir.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin