Dünya

İsrail generallarının əsir düşməsi təkzib olundu – YENİLƏNİB

İsrail Müdafiə Qüvvələrinin (İDF) sözçüsü Daniel Haqari general-mayor Nimrod Aloni və briqada generalı Avi Rosenfeldin tutulduğunu təkzib edib.
Lent.az xəbər verir ki, bu barədə onun rəsmi bəyanatında deyilir.
İDF sözçünün sözlərinə görə, Aloni və Rosenfeldin oğurlanması da daxil olmaqla bir çox saxta xəbərlər yayılır, lakin bu, doğru deyil.
Medianın yazdığı kimi, Aloni daha əvvəl hökumətin mətbuat xidməti tərəfindən yayımlanan İsrail Təhlükəsizlik Şurasının iclasının yayımında iştirak edib.

Fələstin yaraqlıları İsrail ordusunun generalını ələ keçirdiklərini iddia edirlər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, onun Kerem Şalom keçid məntəqəsini yardıqdan sonra ələ keçirildiyi bildirilir.
Əsir götürülən hərbçinin  İsrail ordusunun briqada generalı Nimrod Aloni olduğu qeyd edilir. Bildirilir ki, silahlılar generalı evinə basqın zamanı ələ keçirərək Qəzzaya aparıblar.
Aloni 2022-ci ilin avqust ayına qədər Qəzza diviziyasının komandiri olub. Lakin o, daha sonra İsrailin “Dərin Qüvvələr” xüsusi əməliyyat bölməsinə rəhbərlik edib.
Məlumata görə, generalın əsir götürülməsini əvvəlcə HƏMAS, daha sonra İsrail mediası açıqlayıb.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin