Fələstin yaraqlıları İsrail ordusunun generalını ələ keçirdiklərini iddia edirlər.
Xarici media xəbər verir ki, onun Kerem Şalom keçid məntəqəsini yardıqdan sonra ələ keçirildiyi bildirilir.
Əsir götürülən hərbçinin İsrail ordusunun briqada generalı Nimrod Aloni olduğu qeyd edilir. Bildirilir ki, silahlılar generalı evinə basqın zamanı ələ keçirərək Qəzzaya aparıblar.
Aloni 2022-ci ilin avqust ayına qədər Qəzza diviziyasının komandiri olub. Lakin o, daha sonra İsrailin “Dərin Qüvvələr” xüsusi əməliyyat bölməsinə rəhbərlik edib.
Məlumata görə, generalın əsir götürülməsini əvvəlcə HƏMAS, daha sonra İsrail mediası açıqlayıb.
İsrailin generalı əsir götürüldü
