Dünya

Kadırovun prezident seçkiləri ilə bağlı təklifi qəbul olunmadı

Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa Çeçenistan rəhbəri Ramzan Kadırovun təklifinə cavab verib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, o, Kadırovun 2024-cü ildə keçiriləcək prezident seçkilərini hərbi əməliyyatlara görə müvəqqəti olaraq ləğv etmək və ya xüsusi seçkilərlə əlaqədar bir namizəd Vladimir Putinlə keçirmək təklifini şərh edib.
“Düşünürəm ki, seçkilər təxirə salınmamalıdır”, – deyə deputat müsahibəsində qeyd edib.
Çepanın sözlərinə görə, bu gün insanların ona nə dərəcədə etimad göstərdiyini müəyyən etməkdən ötrü prezident üçün seçkilər vacibdir.
Siyasətçi həmçinin seçkilərin bir neçə namizədlə keçirilməsini düzgün adlandırıb. Çünki bu, nəticəni şübhə altına almağa imkan verməyəcək.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin