“İnter Mayami”nin köməkçi məşqçisi Xavyer Morales hücumçu Lionel Messinin tam məşqlərə başladığını bildirib.
Lent.az xarici mediaya istinadla bildirir ki, məşqçi Messinin cümə axşamı və cümə günləri məşq etdiyini və hər gün vəziyyətinin yaxşılaşdığını bildirib.
Morales Messi ilə “İnter Mayami”nin fotosunu paylaşaraq, “sabah görüşərik” yazıb. Bununla da o, futbolçunun MLS-in adi mövsümündə “FC Cincinnati” ilə matçda iştirakına işarə edib.
Qeyd edək ki, sentyabrın 21-də “Toronto” ilə matçda 36 yaşlı argentinalı zədə səbəbindən matçın 37-ci dəqiqəsində əvəzlənib. Bundan sonra Messi ardıcıl dörd komanda oyununu buraxıb.
Messi yenidən ÇEMPİONATDA
