Hadisə

Suraxanıda 9 kiloqramdan artıq narkotik vasitə aşkar edilib

Suraxanı rayonunda 3 nəfərdən 9 kiloqramdan artıq narkotik vasitə aşkar edilib.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı 1975-ci il təvəllüdlü Zaur Zəkiyev, 1989-cu il təvəllüdlü Nahid Əzizov və əvvəllər məhkum olunmuş 1989-cu təvəllüdlü Rövşən Vəliyev saxlanılıblar. Zaur Zəkiyevdən 7 kiloqram heroin, marixuana və kultivasiya yolu ilə yetişdirdiyi çətənə kolu, Nahid Əzizovdan 2 kiloqram heroin, 1 ədəd elektron tərəzi, Rövşən Vəliyevdən isə 200 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. Saxlanılanlar narkotikləri satmaq niyyəti ilə əldə etdiklərini bildiriblər.

Suraxanı rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.