Dünəndən etibarən Şərqi Aralıq dənizinə donanmasını yerləşdirən ABŞ rəsmiləri İsrail ordusunun 24-48 saat ərzində Qəzzaya qarşı quru əməliyyatına başlayacağını iddia edib.
Xarici media xəbər verib ki, ABŞ dövlət katibi Antoni Blinken dünən Qəzzada Həmas tərəfindən girov götürülənlər arasında ABŞ vətəndaşlarının da olduğunu bildirib. Nazirlik rəsmisi əməliyyatda həyatını itirənlər arasında ABŞ vətəndaşlarının olduğunu iddia edib. Blinken İsrail və Fələstin xaricindəki ölkələrə xəbərdarlıq edərək “Heç kim bu vəziyyətdən istifadə etməyə çalışmasın” deyib.
Qeyd edək ki, HƏMAS-ın oktyabrın 7-də səhər saatlarında başlatdığı Əl-Əqsa tufanı əməliyyatına İsrail 50 il sonra müharibə elan edərək cavab verib. ABŞ İsrailə dəstək üçün Şərqi Aralıq dənizinə donanmasını yerləşdirib.
ABŞ rəsmiləri vaxt verdi: İsrail ordusu quru əməliyyatına başlayacaq
