Cəmiyyət

Həbsdən çıxan Əli Əliyev hardadır?

“Mənim kimi adamlar siyasətdən birdəfəlik getmir”. Bunu Qaynarinfo-ya açıqlamasında fəaliyyəti dayandırılan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib. O, bütün siyasi prosesləri izlədiyini bildirib:“Bir müddət belə lazımdır. Amma bu o demək  deyil ki, siyasətdən getmişəm, əsla. Lazım olan vaxtlarda yenə də proseslərdə olacağıq”.“Növbədənkənar parlament seçkiləri keçirilsə, namizdəliyinizi irəli sürəcəksinizmi” sualına Əli Əliyev belə cavab verib: “Bu barədə danışmaq tezdir. Mən bütün partiya üzvləri ilə sıx təmasdayam. Lazım gələndə mövqeyimi açıqlayacağam”. Qeyd edək ki, Vətəndaş və İnkişaf Partiyası 28 may 2006-cı ildə Əli Əliyevin rəhbərliyi ilə yaradılıb. İlk qurultayda sədr seçilən Əli Əliyev 2021-ci ildə Qaraheybət aviasiya poliqonunda baş verən helikopter qəzasında yaralanan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilib. Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) maddəsi ilə ittiham olunan partiya sədri 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.Əli Əliyev Prezident İlham Əliyev mayın 8-də imzaladığı Əfv sərəncamı ilə azadlığa buraxılıb.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər