Dünya

İsrailə hücum planını hazırlayan “Müsafir” kimdir? – FOTO

Oktyabrın 7-i səhər saatlarından etibarən HƏMAS-ın yüzlərlə döyüşçüsü İsrailə daxil olmağı bacarıb. “Əqsa tufanı” adı verilən əməliyyatla fələstinli silahlılar İsrail ərazisində bir neçə hərbi obyekt ələ keçirərək ölkə boyu silahlı qarşıdurmlara girib. 
Həm İsrail, həm də dünya ölkələrində böyük təəccüblə qarşılanan bu əməliyyatın təşkilatçısının kimliyi üzə çıxıb.
Belə ki, İsrail ərazisinə daxilolma planının memarı HƏMAS-ın hərbi qanadı olan “İzəddin əl-Qəssam” briqadasının lideri Məhəmməd Dəifdir. Kod adı “Müsafir” olan bu qruplaşma lideri İsrail ordusunun ölüm siyahısında birinci yerdə qərarlaşıb.
Bildirilir ki, Məhəmməd Dəif bu günə kimi İsrail ordusunun bir neçə hücumundan sağ çıxmağı bacarıb. 1965-ci ildə Qəzzada Xan Yunus qaçqın düşərgəsində doğulduğu deyilən “Müsafir”in əsl adı Məhəmməd Diab İbrahim əl-Məsridir.
1980-ci illərin sonunda HƏMAS yaradılarkən ona qoşulan Dəif 2002-ci ildə silahlı qruplaşmanın qurucularından biri Salah Şəhadanın öldürülməsindən sonra hərbi qanadının rəhbəri olub. O, Qəzzanın altında hörümçək toru kimi yayılan tunelləri layihələndirən şəxs kimi də tanınır.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin