“Rusiya sülhməramlı kontingentinin mövcudluğuna ehtiyac var və gələcəkdə də eynilə ehtiyac olacaq”.
Bu barədə RBK-ya Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
Onun sözlərinə görə, bu, “Qarabağın orada qalan sakinlərinin özlərini rahat hiss etməsi üçün” lazımdır.
“Qarabağdan gedənlərdən kimlərinsə müəyyən mərhələdə qayıtmaq qərarına gələ biləcəyi istisna deyil. Sülhməramlıların mövcudluğu onlar üçün əlavə rahatlıq amili olacaq”, deyə o bildirib.
Sülhməramlıların gələcəkdə bölgədə qalması məsələsi Moskva və Bakı arasında müzakirə və həll olunacaq, deyən Qaluzin sülhməramlıların Bakı və Xankəndi arasında əlaqələri də həyata keçirdiyini qeyd edib. “Qarabağın gələcək inkişafı ilə bağlı çox mürəkkəb məsələlər kompleksi də Qarabağ ermənilərinin nümayəndələri və Azərbaycan hakimiyyəti arasında Rusiya sülhməramlılarının yardımı ilə həll olunur”, deyə nazir müavini bildirib.
Moskvadan gözlənilməz açıqlama: “Sülhməramlılar Qarabağda qalacaq”
