Hadisə

Zaqatalada “Volkswagen Passat” aşdı – Xəsarət alanlar var

Zaqatalada minik avtomobili aşıb, iki nəfər xəsarət alııb. “Unikal” xəbər verir ki, hadisə ötən axşam saatlarında Zaqatala-Bəhmətli-Kürdəmir avtomobil yolunun Bəhmətli kəndi ərazisindən keçən hissəsində baş verib. Belə kİ, Bəhmətli kənd sakini 1994-cü il təvəllüdlü Pünhan Cumaəli oğlu Hüseynov idarə etdiyi “Volkswagen Passat” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib nəticədə avtomobil əvvəlcə yolunun kənarındakı qaz xəttinə dəyib, daha sonra isə aşıb. Hadisə zamanı sürücü P. Hüseynov və sərnişin rayonun Bəhmətli kənd sakini 2001-ci il təvəllüdlü Zakir Bəkir oğlu Balayev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.