Dünya

25 terrorçunu öldürən israilli qadın qəhrəman elan edildi (FOTOLAR)

İsraildə 25 yaşlı İnbar Liberman adlı qadın ölkəsində qəhrəman elan edilib.
Xarici KİV xəbər verir ki, Qəzza zolağından təxminən 2,5 kilometr aralıda yerləşən Nir Am bölgəsində  “təhlükəsizlik koordinatoru” kimi çalışan 25 yaşlı Liberman HƏMAS-ın ilk hücumlarında onlarla terrorçunu məhv edib. 
Belə ki, sərhəd yaxınlığında atışma və partlayış səslərini eşidən və bu səslərin əvvəlki raketlərdən fərqli olduğunu anlayan Liberman 12 qonşusuna silah paylayıb və bəzi yerlərdə tələlər qurub. Bir müddət sonra HƏMAS silahlılarının kəndə yaxınlaşması ilə münaqişə başlayıb. Təxminən 4 saat davam edən qarşıdurmada Liberman 25-dən çox HƏMAS yaraqlısını zərərsizləşdirib. Gənc qadın bu yolla kəndi xilas edib. 2022-ci ilin dekabrından bu vəzifədə çalışan qadın böyük mülki ölümün də qarşısını almağı bacarıb.
İsrail mediası Libermana “qəhrəman qadın” adını verərək, onun dövlət tərəfindən təltif edilməsinin vacibliyini vurğulayıblar. 

  • 25 terrorçunu öldürən israilli qadın qəhrəman elan edildi (FOTOLAR)
  • 25 terrorçunu öldürən israilli qadın qəhrəman elan edildi (FOTOLAR)
  • 25 terrorçunu öldürən israilli qadın qəhrəman elan edildi (FOTOLAR)
0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin