Hadisə

Sabirabadda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var

Sabirabadda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var.

“Unikal” report-a istinadən xəbər verir ki, hadisə rayonun Xəlifəli kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan VAZ-2106 markalı avtomobil qəfil idarəetmədən çıxaraq yolun kənarındakı maneəyə çırpılıb.

Qəza nəticəsində rayonun Xəlifəli kənd sakini, 2005-ci il təvəllüdlü Şıxəli Tapdıq oğlu Nurullazadə ağır və daha bir nəfər isə yüngül xəsarət alıb.

Ş.Nurullazadəyə əvvəlcə Sabirabad Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib, sonra o, Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.