“Qarabağ faktiki və de-yure Azərbaycanın ərazisidir”.
Bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Qarabağdakı Rusiya sülhməramlıları məsələsi İrəvanla müzakirə olunmayıb, bu, de-fakto və de-yure Azərbaycan ərazisidir”, – siyasətçi qeyd edib.
Kreml sözçüsü bildirib ki, Qarabağdakı Rusiya sülhməramlılarının gələcək taleyi Azərbaycanla müzakirə olunacaq, lakin Ermənistanla təmaslar davam edəcək.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ötən gün Rusiya sülhməramlılarının fəaliyyətinin yeni reallığa uyğunlaşdırılacağını açıqlamışdı.
“Sülhməramlıların gələcək taleyi Azərbaycanla müzakirə olunacaq” – Peskov
