Hadisə

Uşağın ölü doğulması ilə bağlı cinayət işi başlandı

Şirvanda körpənin ölü doğulması faktı ilə bağlı cinayət işi başlanıb.Bu barədə Şirvan Şəhər Prokurorluğundan məlumat verilib. Belə ki, iyulun 22-də Şirvan şəhər sakini, 2000-ci il təvəllüdlü Aygün Əzizovanın Şirvan Şəhər Mərkəzi Xəstəxanasında körpənin ölü doğulması faktı ilə bağlı araşdırma aparılıb.Araşdırma zamanı Aygün Əzizovanın 20.07.2023-cü il tarixdən 22.07.2023-cü il tarixədək bir neçə dəfə doğuş sancıları ilə qeyd edilən xəstəxananın Ginekologiya və doğum şöbəsinə müraciət etməsi, lakin həkim mama-ginekoloqun həmin ağrıların doğuş sancısı olmaması qənaətinə gəlməsi və diaqnozun düzgün təyin edilməməsi nəticəsində dölün ölü doğulmasına əsaslı şübhələr müəyyən edilib.Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.