Cəmiyyət

Xalq artisti Röya: “Səidənin toyuna getməyim hamını şoka salmışdı”

“Mənim Səidə Sultanın toyuna getməyimdən hamı şoka düşüb”. Bu sözləri Xalq artisti Röya Ayxan qonaq olduğu “Həmin Zaur” axşam şousunda deyib. Bir neçə həftə əvvəl həmkarı Səidə Sultanın toyuna getməsindən söz açan sənətçi bildirib ki, qarşı tərəflə münasibətlərində heç bir problemi olmayıb:  “Səidə ilə mənim problemim yoxdur. Onun ailəsi ilə yaxından dostam. Məni Səidənin toyuna ailəsi çağırmışdı. Düzdür, özü də demişdi, amma mən getmişəm bacımın bacısının toyuna. İnsan özünə də, ətrafdakılara da hörmət qoymalıdır. Belə olanda çox rahat olur”. Qeyd edək ki, Röya və Səidə arasında qalmaqal bir neçə il əvvələ dayanır. Belə ki, Səidə fotosessiyalardan birində Röyanın onu təkrarladığını bildirərək “Hər şey o geyimdən başladı.Sən Xalq artistisən, mən də “sultan”am. Heç dəxli var? Mənim adım çəkiləndə özlərini qəribə aparırlar. Birdən üzüklərinin qaşı düşər” fikirlərini ifadə etməsi olub. Bundan sonra tərəflər arasında küsülülük yaşanıb. 

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər