Qarabağda özünü buraxmış separatçı rejimin lideri Araik Arutyunyanın saxlanmasının bəzi detalları məlum olub.
Separatçıların rəhbəri Xankəndidəki konyak zavodunda gizlənirmiş.
Qeyd olunub ki, Arutyunyan gizləndiyi zavodun səhmdarlarından biri imiş. O, razılaşma üçün Azərbaycan tərəfi ilə telefonla əlaqə saxlamağa çalışıb, bununla da onun yeri müəyyən edilib.
Qısa müddətdən sonra Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi dəstəsi konyak fabrikinə daxil olaraq Arutyunyanı Bakıya gətirib.
Arutyunyan gizləndiyi yeri DTX-ya özü bildiribmiş
