Dünya

Brüs Uillisin son vəziyyəti açıqlandı: “Artıq danışa bilmir, kitab belə oxuya bilmir” – FOTO

Məşhur aktyor Brüs Uillisin son vəziyyəti açıqlanıb.
Aktyorun artıq danışa bilmədiyi qeyd edilib.
Bu barədə rejissor Qlenn Kordon Keyron “The Post”a açıqlamasında bildirib.
Qlenn deyib ki, Brüs kitab belə oxuya bilmir:
“Əgər siz nə vaxtsa Brüs Uillislə vaxt keçirmisinizsə, bilirsiniz ki, həyatı ondan çox sevən insan yoxdur. O həyatı hələ də sevir. Səhər oyanmağı və həyatı tam yaşamağı… Amma indi sanki həyatı kənardan izləyir. Danışa bilmir. Əvvəllər kitab oxumağı sevirdi, amma indi oxuya bilmir”.
Qeyd edək ki, uzun müddətdir nitq və idrak qabiliyyətlərinin pozulduğu afaziya diaqnozu qoyulan aktyorun xəstəliyi artıb. Bu dəfə aktyora FTD kimi tanınan frontotemporal demensiya diaqnozu qoyulub.
Brüs xəstəliyinin artdığını öyrəndikdən sonra ailəsi ilə daha çox vaxt keçirməyə başlayıb. 2022-ci ilin martında B. Uillisin nitq pozğunluğu səbəbindən aktyorluq karyerasını bitirdiyi açıqlanmışdı.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin