Cəmiyyət

Bu marketdə saxta spirtli içkilər satılırmış

Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, ev 139 ünvanında yerləşən “Kamran” marketdə saxta alkaqollu içkilərin satıldığı məlum olub.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, Agentlik əməkdaşları fiziki şəxs Amin Maaruf Okba oğluna məxsus “Kamran” marketdə plandankənar yoxlama keçirib. Baxış zamanı ticarət obyektində aşkar saxtalaşdırılma əlamətləri olan 6 ədəd 1 litrlik və 11 ədəd 0.7 litrlik “Nemiroff Vodka”, 2 ədəd 1 litrlik, 1 ədəd 0.7 litrlik və 4 ədəd 0.5 litrlik “Olmeca Tequila Blanco”, 1 ədəd 0.7 litrlik “Olmeca Gold Tequila”, 1 ədəd 1 litrlik “Sierra Tequila”, 2 ədəd 1 litrlik və 2 ədəd 0.7 litrlik “Jagermeister” əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb. Belə ki, alkoqollu içkilərin başlıq hissələrinin kustar üsulla bərkidildiyi və orijinaldan kəskin fərqləndiyi müəyyən edilib. Həmçinin içkilərə dair müşayiətedici sənədlər yoxlamaya təqdim edilməyib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək alkoqollu içkilərin satışı dayandırılıb və möhürlənərək dövriyyədən çıxarılıb, müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.
Müayinələrin aparılması məqsədilə nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnsitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Araşdırmalar davam etdirilir.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər