Dünya

Ersin Tatarın şərəfinə ziyafət verildi – FOTOLAR

Bakıda Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarın şərəfinə ziyafət verilib.

“Unikal” xəbər verir ki, mərasimdə türk və azərbaycanlı iş adamları, diplomatlar və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın, Türkiyənin və Şimali Kipr Türk Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Daha sonra Şimali Kipr Türk Respublikasına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycanla Şimali Kipr arasında bütün sahələrdə münasibətlərin möhkəmləndirilməsi üçün nümayiş etdirdiyi siyasi iradəyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Prezident son illərdə Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Respublikası arasındakı münasibətlərin daha da dərinləşməsindən məmnunluğunu ifadə edib.

Daha sonra Şimali Kipr Türk Respublikasının milli rəqsləri təqdim olunub.

Ersin Tatarın şərəfinə ziyafət verildi - FOTOLARErsin Tatarın şərəfinə ziyafət verildi - FOTOLAR

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin